Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
128
122. Musanın və Harunun Rəbbinə!"
123. Fir’on (onlara) dedi: "Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?" Bu
(sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri
qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir.
(Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!
124. Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!"
125. (Sehrbazlar) belə cavab verdilər: "Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna
dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)
126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin mö’cüzələri gələn kimi bizim
onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi
müsəlman olaraq öldür!"
127. Fir’on tayfasının ə’yan-əşrafı dedi: "Musanı və tayfasını fitnə-fəsad törətmək, həm
səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?" (Fir’on onlara) belə
cavab verdi: "Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət
etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi
yenə əlimizin altında olacaqlar!)"
128. Musa öz tayfasına: "Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır.
Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək
məqamlar) müttəqilərindir!" - dedi.
129. (Musaya iman gətirənlər) dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də,
sonra da biz əziyyət çəkdik!" (Musa onlara belə) cavab verdi: "Bəlkə də, Rəbbiniz
düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə
(özünüzü necə apardığınıza) baxacaq!"
130. Biz Fir’on əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına mə’ruz qoyduq
ki, bəlkə, düşünüb ibrət alsınlar!
131. Onlara bolluq qismət olduğu zaman: "Bu bizim (haqqımızdır)!" - deyər, bir pislik
üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan
görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin
onların əksəriyyəti (bunu) bilməz!
132. (Fir’on adamları Musaya) dedilər: "Sən bizi ovsunlamaq üçün nə mö’cüzə gətirsən
də, yenə sənə iman gətirən deyilik!"
|