Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
130
143. Musa tə’yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir
vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə
baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o
yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə
(Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan
sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu
işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün
olmadığına) iman gətirənlərin birincisiyəm!" - dedi.
144. (Allah) belə buyurdu: "Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil
etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün)
insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu ne’mətlərə görə)
şükür edənlərdən ol!"
145. Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və
belə buyurduq: ) "Bundn möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox
olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin
yurdunu (Cəhənnəmi) göstərəcəyəm!
146. Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi
anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə mö’cüzə görsələr, ona
inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu
özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və
ondan qafil olmalarıdır.
147. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça
çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!"
148. (Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış
kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla
danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona
(buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.
149. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış
olduqlarını gördülər, (əməllərindən çox mə’yus olub) dedilər: "Əgər Rəbbimiz bizə
rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!"
150. Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən
sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını)
tezləşdirməkmi istədiniz?" (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı,
|