Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
132
Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan
Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"
159. Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və
haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.
160. Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih
səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!" - deyə
vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər
qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara
qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak
ne’mətlərdən yeyin!" dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə)
Bizə deyil, ancaq özlərinə zülm edirdilər!
161. (Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: "Bu
şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin,
"hittə" ("bizi bağışla") deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək
daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını
artıracağıq!"
162. Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm
edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz
də onlara göydən əzab göndərdik.
163. (Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə
haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub)
həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə
məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində
görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən
çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.
164. Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə:
"Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət
verirsiniz?" - dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: "(İnsanları yaxşı
işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz
qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb)
pis əməllərdən çəkinsinlər!" - dedilər.
|