Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə129/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   125   126   127   128   129   130   131   132   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

135 



185. Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, 

qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına 

diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qur’ana) inanmadıqdan sonra hansı 

kəlama inanacaqlar?  

186. Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz 

azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!  

187. (Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt 

qopacaq? De: "O ancaq Rəbbimə mə’lumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan 

başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi 

çətindir. O sizlərə ancaq qəflətən gələr!" Sən onun haqqında bir şey bilirsənmiş kimi 

onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında mə’lumdur, lakin 

insanların əksəriyyəti (bunu) bilməz!"  

188. De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə 

bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim 

(savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də 

toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) 

ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!"  

189. Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat 

olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) 

zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir 

müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların 

hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir 

uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq!" - dedi.  

190. Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə 

verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə 

Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)  

191. Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı 

(bütlərimi Allaha) şərik qoşarlar?  

192. Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!  

193. Siz onları (müşrikləri və ya bütləri) doğru yola də’vət etsəniz, sizə tabe olmazlar. 

İstər onları də’vət edin, istər susun - birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin