Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə131/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   127   128   129   130   131   132   133   134   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

137 



205. Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və 

qafillərdən olma!  

206. Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə 

ar bilməzlər. Onu pak, müqəddəs tutub şə’ninə tə’riflər deyər və ancaq Ona səcdəyə 

qapanarlar!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

138 



 

 

 



 

.

8

.  

əl-Ənfal

  

(Qənimət) surəsi  



(Mədinədə nazil olmuşdur, 75 ayədir. 30-36-cı ayələr Məkkədə nazil edilmişdir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə 

çatması) haqqında soruşarlar. De: "Qənimətlər Allahın və Peyğəmbərinindir (onun 

bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö’minsinizsə, 

Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə 

itaət edin!  

2. Mö’minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) 

ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların 

imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.  

3. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf 

edərlər.  

4. Onlar həqiqi mö’minlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları 

(qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!  

5. (Qənimətlərin bölüşdürülməsi üsulundan bə’zilərinin narazı qalması) mö’minlərdən 

bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq 

(cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bə’zi mö’minlər müsəlmanların 

sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər 

əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin 



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin