Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə133/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   129   130   131   132   133   134   135   136   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

140 



14. Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da 

gozləyir.  

15. Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb 

onlardan qaçmayın!  

16. (Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş 

üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir 

dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, 

sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis 

dönüş yeridir.  

17. (Ey mö’minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya 

Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah 

atdı. Allah bununla mö’minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir 

imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!  

18. Bu (hadisələr) biq həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!  

19. (Ey müşriklər!) Əgər siz (Kə’bənin örtüklərinə yapışıb dua edərək) qələbə 

istəyirsinizsə, artıq sizə zəfər (mö’minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) 

gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin 

xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə 

qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, 

həqiqətən, mö’minlərlədir!  

20. Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur’anı, oradakı 

öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!  

21. Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): "Eşitdik!" deyənlər 

(münafiqlər) kimi olmayın!  

22. Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və 

lallardır.  

23. Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara 

eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb 

gedərdilər.  

24. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də’vət 

etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də’vətini qəbul edin. Bilin ki, Allah 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin