Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
134
175. (Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də
söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və
o, (haqq yoldan) azanlardan oldu
176. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl
edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini
çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan
hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları
(yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
177. Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə
də pisdir!
178. Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun (haqq yolundan)
sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.
179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri
vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və
vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini)
görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar
heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz
onlardır!
180. Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun
adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan
sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri
əməllərin cəzasını alacaqlar!
181. Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır,
(haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.
182. Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə
məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!
183. Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-ne’mət
içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox
ağırdır!
184. Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında
(Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə
Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!
|