Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
186
115. (Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin
mükafatını zay etməz!
116. Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-
fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır.
(Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər,
pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne’mətə (dünyanın ləzzətinə)
uydular və günahkar oldular.
117. Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv
etməz!
118. Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi.
Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də
ixtilafdadırlar.
119. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir
ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mö’min və kafir, cənnət və cəhənnəm
əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə
aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz
qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): "Mən
Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" - sözü
tamamilə yerinə yetdi!
120. (Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini
möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu
(surə) sənə haqq, mö’minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!
121. İman gətirməyənlərə de: "Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi
edəcəyik!
122. Və (düçar olacağınız əzabı) gözləyin. Biz də gözləyirik!"
123. Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də
axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona
təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!
|