arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
221
.
16
.
ən-Nəhl
(Bal arısı) surəsi
(Məkkədə nazil olmuşdur, 128 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Allahın (mö’minlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı
barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl)
istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin
fövqündədir. Onun heç bir şəriki yoxdur!)
2. (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib
belə buyurar: "İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara)
bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!"
3. (Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən
ucadır!
4. Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb
yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə
inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.
5. Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda)
sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək)
vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.
Bizim email:
Dostları ilə paylaş: |