Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə207/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   203   204   205   206   207   208   209   210   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

217 



50. Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!  

51. Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər 

ver!  

52. O zaman ki, onlar onun hüzuruna daxil olub: "Salam!" - dedilər. (İbrahim də 



qonaqların yeməyə əl uzatmadıqlarını görüb: ) "Biz, həqiqətən, sizdən qorxuruq!" - 

dedi.  


53. Onlar: "Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!" - 

deyə cavab verdilər.  

54. (İbrahim: ) "Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə 

muştuluqlayırsınız?" - deyə soruşdu.  

55. (Mələklər: ) "Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından) ümidini 

üzənlərdən olma!" - dedilər  

56. (İbrahim) dedi: "(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim 

ümidini üzə bilər?!"  

57. "Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir?" - dedi.  

58. (Mələklər) belə cavab verdilər: "Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv 

etmək üçün) göndərilmişik.  

59. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısı xilas edəcəyik!  

60. Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr 

etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!"  

61. Elçilər (mələklər) Lutun yanına gələndə  

62. (Lut) dedi: "Siz yad adamlarsınız (mən sizi tanımıram)!"  

63. (Mələklər) belə cavab verdilər: "Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) 

şübhə etdikləri şeyi (əzabı) gətirmişik!  

64. Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin