Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
213
.
15
.
ər-Hicr
(Daşlı sahə) surəsi
(Məkkədə nazil olmuşdur, 99 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö’cüzə olan)
Qur’anın ayələridir.
2. Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
3. (Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət
alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
4. Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün
müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.
5. Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.
6. (Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən
divanəsən!
7. Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian
düzgündürsə), mələkləri bizə gətirsənə!"
Bizim email:
Dostları ilə paylaş: |