Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə199/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   195   196   197   198   199   200   201   202   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

209 



13. Küfr edənlər peyğəmbərlərinə dedilər: "Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya 

da mütləq dinimizə dönəcəksiniz!" Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: "Biz 

o zalımları mütləq məhv edəcəyik!  

14. Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan 

(qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara 

aiddir!"  

15. (Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək 

dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət 

etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.  

16. Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə 

orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir!  

17. O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə 

bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, 

birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!  

18. Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin 

sovurub apardığı gülə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda 

(savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq! (Doğru yoldan uzaq 

düşməyin aqibəti belədir. Bir də haqq yola qayıtmaq çətindir!)  

19. (Ya Rəsulum və ya ey mö’min insan!) Məgər Allahın göyləri və yeri haqq olaraq 

yaratdığını görmürsənmi? Əgər (Allah) istəsə, sizi yox edib yerinizə başqa bir məxluq 

(insan tayfası) gətirər.  

20. Bu Allah üçün heç də çətin deyildir!  

21. (Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) 

təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: "Biz sizə tabe idik. İndi Allahın 

əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?" Onlar belə cavab verəcəklər: "Əgər 

Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr 

etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir 

qurtuluş) yoxdur!  

22. İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) 

Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) 

sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və’d vermişdi. Mən 

də sizə (kömək edəcəyim haqda) və’d vermişdim, amma sonra və’dimə xilaf çıxdım. 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin