Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə197/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   193   194   195   196   197   198   199   200   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

206 



43. (Ya Rəsulum!) Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab 

ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili 

bilən mö’min yəhudi və xaçpərəstlərin, yaxud Qur’ana bələd olan mö’min 

müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!"  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

207 



 

 

 



 

.

14

.  

İbrahim

  

(İbrahim əleyhissəlam) surəsi  

(Məkkədə nazil olmuşdur, 52 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Qur’an) elə bir Kitabdır ki, onu sənə insanların öz 

Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) 

tə’rifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.  

2. Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları 

şiddətli əzabdan ötrü vay kafirlərin halına!  

3. O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən) üstün 

tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o 

yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.  

4. Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın 

əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan 

sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət 

sahibidir!  

5. Biz Musaya: "Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə 

onlara ne’mət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz 

ki, neçə-neçə ibrətlər var!" (deyib) onu mö’cüzələrimizlə (peyğəmbər) göndərdik.  

6. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: "Allahın sizə 

bəxş etdiyi ne’məti yadınıza salın, çünki O sizi Fir’on əhlinin əlindən qurtardı. Onlar 



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin