ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili
müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
207
.
14
.
İbrahim
(İbrahim əleyhissəlam) surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Qur’an) elə bir Kitabdır ki, onu sənə insanların öz
Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür)
tə’rifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.
2. Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları
şiddətli əzabdan ötrü vay kafirlərin halına!
3. O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən) üstün
tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o
yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.
4. Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın
əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan
sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət
sahibidir!
5. Biz Musaya: "Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə
onlara ne’mət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz
ki, neçə-neçə ibrətlər var!" (deyib) onu mö’cüzələrimizlə (peyğəmbər) göndərdik.
6. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: "Allahın sizə
bəxş etdiyi ne’məti yadınıza salın, çünki O sizi Fir’on əhlinin əlindən qurtardı. Onlar