Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
205
Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə
Cəhənnəmdir!
36. Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə
(Qur’ana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə
firqələr də vardır ki, onun (Qur’anın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: "Mənə
Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız)
Ona (ibadət etməyə) də’vət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!" (Məhz
Onun hüzuruna qayıdacağam!)
37. (Ya Rəsulum!) Beləliklə, Biz onu (Qur’anı) ərəbcə bir hökm olaraq (insanlar arasında
onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qur’andan)
sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından
qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir
qoruyucun olar!)
38. (Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr,
övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir mö’cüzə gətirə
bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan
hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına
görədir).
39. Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar
(bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu
kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.
40. Onlara və’d etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq)
səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini)
təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!
41. Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu
(müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını
fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə
bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
42. Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ
qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər
kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət
yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!
|