arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
214
8. (Allah onların cavabında buyurdu: ) "Biz mələkləri yalnız haqq olaraq
(peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara
(kafirlərə) heç bir möhlət verilməz!
9. Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və
təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"
10. (Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.
11. Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!
12. (Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı)
günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!
13. Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub
keçdiyi) halda, onlar (yenə də) ona (Qur’ana) inanmazlar.
14. Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı
dırmaşsalar (göydə Allahın qüdrətini və əzamətini görsələr) yenə də (inanmayıb):
15. "Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb
gözümüzü bağlamışdır)", - deyərlər.
16. Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla) bəzədik.
17. Onları hər bir məl’un (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş,
daşqalaq olunmuş) Şeytandan qoruduq.
18. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir
axan ulduz (məş’əl) tə’qib edər (və üstünə düşüb yandırar).
19. Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan
dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan
qədər) yetişdirdik.
20. Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü
yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə
olaraq ixtiyarı sizdədir).
|