Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə212/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   208   209   210   211   212   213   214   215   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

222 



6. Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib 

axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).  

7. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən 

başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!  

8. Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). 

(Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də 

yaradacaqdır.  

9. Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya 

haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola 

salardı.  

10. Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində 

(heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə 

bitər).  

11. (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün 

(başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın 

vəhdaniyyətini sübut edən) dəlillər vardır!  

12. O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). 

Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər 

üçün ibrətlər vardır!  

13. (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) 

də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da 

(Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!  

14. Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) 

çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) ne’mətindən ruzi 

axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, 

(bundan sonra Allahahın ne’mətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-

yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) 

şükür etməyiniz üçündür!]  

15. (Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə 

də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) 

gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin