Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
220
92. (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-
suala çəkəcəyik -
93. (Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və
cəzalarını da verəcəyik!)
94. (Ya Rəsulum!) Sənə əmr olunanı (Qur’anı) açıq-aşkar təbliğ et və müşriklərdən üz
döndər!
95. Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.
96. O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti,
düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər!
97. (Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını
bilirik!
98. Sən isə Rəbbini tə’rifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə
(namaz qılanlarla) birlikdə ol!
99. Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!
Bizim email:
Dostları ilə paylaş: |