Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə208/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   204   205   206   207   208   209   210   211   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

218 



65. Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. 

Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə 

halınız pis olar). Sizə əmr olunan yerə gedin!"  

66. Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq.  

67. (Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini 

muştuluqlayıb (onun yanına) gəldi.  

68. (Lut) dedi: "Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim 

borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!  

69. Allahdan qorxun və məni xar etməyin!  

70. Onlar: "Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları 

qonaq saxlamağı) qadağan etmədikmi?" - deyə soruşdular.  

71. (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, 

onlarla evlənin)!"  

72. (Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan 

(şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).  

73. Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.  

74. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar 

yağdırdıq.  

75. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!  

76. Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş 

kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!  

77. Bunda mö’minlər üçün, sözsüz ki, bir ibrət vardır!  

78. Şübhəsiz ki, Əykə əhli də (sıx meşəlikdə yaşayan Şüeyb tayfası da) zalım idi. (Onlar 

Allaha asi olmaqla özlərinə zülm etdilər).  

79. (Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin 

qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət 

almırlar).  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin