Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə209/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   205   206   207   208   209   210   211   212   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

219 



80. Həqiqətən , (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı 

adlandırmışdılar.  

81. Biz onlara (Hicr əhalisinə) mö’cüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər 

(bu mö’cüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında 

düşünmədilər).  

82. Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər 

qurudular.  

83. Səhər çağı dəhşətli (tükürpədici) səs onları bürüdü.  

84. Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç 

bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).  

85. Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-

yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. 

Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz 

da onların cəzasını verəcəkdir!).  

86. Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!  

87. (Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə 

surəsini) və (böyük) əzamətli Qur’anı verdik.  

88. (Kafirlərin) bə’zi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə 

baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab 

gözləyir), onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara 

verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük ne’mətlər gözləyir), 

mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və 

onları himayə et!)  

89. Və de: "Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!"  

90. Eynilə (Qur’anı) bölənlərə endirdiyimiz (əzab) kimi!  

91. O kəslər ki, Qur’anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud 

müşriklər Qur’anın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bə’zisi 

Qur’anı şe’r, bə’zisi sehr, bə’zisi isə kahinlik əsəri adlandırırdı).  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin