Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə217/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   213   214   215   216   217   218   219   220   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

227 



60. Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız uşaqlarını 

diri-diri torpağa basırmaq) axirətə inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə 

Allaha məxsusdur. Allah yenilməz qüvvət (qüdrət) sahibi, hikmət sahibidir!  

61. Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını 

sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) 

möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli 

keçə bilərlər.  

62. (Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: 

"Onları ən gözəl aqibət (Cənnət, Allah rizası) gözləyir!" - deyə yalan söylər. Şübhəsiz ki, 

onları Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə daxil olduqdan sonra hamı 

tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə Cəhənnəmə yaxınlaşanlardır. )  

63. (Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər 

göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan 

onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!  

64. Biz Kitabı (Qur’anı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, 

qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və mö’minlərə bir hidayət və mərhəmət 

olsun deyə nazil etdik!  

65. Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra 

dirildər. (Öyüd-nəshihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru 

torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)  

66. Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların 

qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin 

boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. 

Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).  

67. Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl 

ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da 

ağılla düşünənlər üçün bir ibrət vardır.  

68. Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) 

qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);  

69. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! 

(Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin