Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə215/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   211   212   213   214   215   216   217   218   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

225 



37. (Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun 

heç bir faydası yoxdur). Çünki Allah yoldan çıxartdıqlarını (bir daha) doğru yola 

salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) kömək edənlər də olmaz!  

38. Onlar: "Allah, ölən bir kimsəni diriltməyəcəkdir!" - deyə Allaha möhkəm and içdilər. 

Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru və’d 

etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!  

39. (Allah hər bir mö’mini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları 

məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin 

yalançı olduqlarını bilsinlər.  

40. Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: "Ol!" deməkdir. O da 

dərhal olar.  

41. Zülmə mə’ruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir 

yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və 

hicrətdən geri qalanlar bunu) biləydilər!  

42. (O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!  

43. (Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi 

peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən 

soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq 

mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən 

peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət olmalıdır).  

44. Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar mö’cüzələr 

və kitablarla göndərdik. Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni 

(hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!  

45. (Peyğəmbərlərə qarşı) pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar) Allahın onları 

yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın 

gəlməyəcəyinə əmindirlərmi?!  

46. Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın onları yaxalamasından (Allahın 

onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın 

əzabından qaçıb canlarını qurtara bilməzlər!)  

47. Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin 

şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!)  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin