Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə218/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   214   215   216   217   218   219   220   221   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

228 



olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk 

edənlər üçün bir ibrət vardır!  

70. Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz 

ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi 

unudar. (İnsan qocalığın ən düşgün dövründə bildiyini unudar, xasiyyətini dəyişib 

uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Qur’an oxuyan, oruc tutub namaz 

qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun 

ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah 

(hər şeyi) biləndir, (hər şeyə) qadirdir!  

71. Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) 

tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən 

bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə şərik olduqları halda, varlılar öz ruzilərini 

tabeçiliyində olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini onlara tabe olanlarla 

bərabər bölməyi, onları mallarına şərik etməyi özlərinə rəva bilmədikləri halda, hər 

şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva 

görürlər?) İndi onlar Allahın ne’mətlərini inkarmı edirlər?  

72. Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr 

yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) 

ne’mətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın 

ne’mətini inkarmı edirlər?  

73. (Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan 

və buna gücləri də çatmayanlara (bütlərə) ibadət edirlər.  

74. (Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç 

bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) 

bilmirsiniz!  

75. Allah belə bir məsəl çəkdi: "Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir 

qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə 

(azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tə’rif və şükür) yalnız Allaha 

məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!  

76. Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki 

nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu 

hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları 

ədalətli işlər görməyə sövq edən) bir kimsə kimi ola bilərmi?!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin