Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə226/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   222   223   224   225   226   227   228   229   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

236 



6. (Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, 

oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya 

düşmənlərinizdən) daha çox etdik.  

7. Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) 

vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidüləqsaya) birinci dəfə 

girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və 

rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində 

sizi qətl edib, mə’bədinizi dağıdıb, yurdunuzu viran qoydular).  

8. (Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən 

yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz 

Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.  

9. Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər 

görən mö’minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!  

10. Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!  

11. İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda 

özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, 

dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə 

əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini 

düşünməyə hövsələsi çatmaz).  

12. Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. 

Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün 

gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. 

Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Qur’anda) müfəssəl izah etdik.  

13. Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) 

açıq kitab kimi qarşısına qoyarıq.  

14. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab 

çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!"  

15. Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. 

Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, 

peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin