Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
239
37. Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca)
yüksəlib dağlara çata bilərsən
38. Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir.
39. (Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı
başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir
halda Cəhənnəmə atılarsan!
40. (Ey: "Mələklər Allahın qızlarıdır!" - deyən müşriklər!) Məgər Rəbbiniz oğlanları sizin
üçün seçib, özü üçün mələklərdən qızlarımı (övladlığa) götürdü?! Həqiqətən, (özünüzə
rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə) böyük-böyük danışırsınız!
41. İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Qur’anda (Allahın vəhdaniyyət
əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların
yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər).
42. (Ya Rəsulum!) De: "Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa
idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol
axtarardılar".
43. Allah onların dediklərindən çox uca (pak) və çox yüksəkdir!
44. Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey
yoxdur ki, Allaha tə’rif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini
bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!
45. (Ya Rəsulum!) Sən Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasına
görünməz bir pərdə çəkərik (Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər)
46. (Qur’anı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl
qoyduq (kar etdik). Sən Qur’anda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar
nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.
47. (Sən Qur’an oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və
zalımların (Dərünnədvədə) öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir
adama uyursunuz!" - dediklərini də bilirik.
48. Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun,
divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!
|