Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
240
49. Onlar: "Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni
məxluqmu olacağıq?" - deyirlər.
50. (Ya Rəsulum!) De: "(İstər) daş olun, yaxud dəmir!
51. Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə
diriləcəksiniz!)". Onlar deyəcəklər: "O halda bizi kim (yenidən dirildib həyata)
qaytaracaqdır?" (Ya Rəsulum!) De: "İlk dəfə sizi yoxdan yaradan (Allah)!" Onlar (istehza
ilə) sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?" - deyə soruşacaqlar. De: "Bəlkə də, bu
yaxın zamanda!"
52. O gün ki, Allah sizi (haqq-hesab üçün öz hüzuruna) çağıracaqdır. Siz də Ona (itaətlə
yanaşı) şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab verəcəksiniz və sizə elə
gələcəkdir ki, (dünyada) çox az qaldınız!
53. (Ya Rəsulum!) Bəndələrimə de: "(Danışdıqları zaman "la ilahə illallah;
yərhəmukəllah; yəğfiru ləkəllah" kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana
də’vət edərkən onlarla xoş danışsınlar!)" Şeytan onların arasına fitnə-fəsad sala bilər.
Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!
54. Rəbbiniz sizi daha yaxşı tanıyar (kimin mö’min, kimin kafir olduğunu çox gözəl
bilir). İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara vəkil gözdərməmişik.
(Sənin vəzifən yalnız islamı təbliğ etməkdir).
55. (Ya Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (Özünün bütün yaratdıqlarını) çox
gözəl tanıyır. Biz peyğəmbərlərin bə’zisini digərlərindən üstün etdik və Davuda Zəbur
verdik.
56. De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə
möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf
yönəltməyə) qadir deyillər!"
57. Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha
yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur.
Həqiqətən, Rəbbinin əzabı qorxuludur!
58. Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv
etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda)
yazılmışdır!
|