Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
238
27. Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır.
Şeytan isə Rəbbinə qarşı nankordur!
28. Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan
(kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək
etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət
qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara ("Darıxmayın,
Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!" kimi) xoş bir söz de!
29. Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan,
həm də peşman olarsan!
30. Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz
bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!
31. Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız
uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək,
həqiqətən, böyük günahdır!
32. Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!
33. Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız
böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud
zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə
(və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə,
bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas
almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə) ona
artıq kömək olunmuşdur.
34. Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın
düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz xeyrinə
istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində
(qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda
sorğu-suala tutulacaqdır).
35. Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha
xeyirli və nəticə e’tibarilə daha yaxşıdır!
36. (Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə,
bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək-bunların hamısı (sahibinin
etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.
|