Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə232/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   228   229   230   231   232   233   234   235   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

242 



69. Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi 

batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq (və ya Bizə 

qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.  

70. Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, 

heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür 

ne’mətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli 

üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu 

kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç 

bir şərik qoşmamalıdır!)  

71. Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, 

yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. 

Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma 

çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz.  

72. Bu dünyada (Allahın dəlillərini, mö’cüzələrini görməyib gözü və qəlbi) kor olan 

axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!  

73. (Ya Rəsulum! Qur’andan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) 

deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı 

təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.  

74. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!  

75. (Belə olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə 

qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara 

bilməz).  

76. (Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə 

fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı başına dar etsinlər). Əgər onlar belə 

etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.  

77. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq 

olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim qayda-qanunumuzda heç bir 

dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib 

ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə 

müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi).  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin