Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
243
78. Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta,
ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və
gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.
79. (Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı
qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə’riflənən bir
məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!
80. De: "Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni
çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə
bilən bir dəlil ver!" (Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər həmişə onun
qarşısında aciz qalsınlar!)
81. De: "Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə)
yoxluğa (heçliyə) məhkumdur!"
82. Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O,
zalımların (kafirlərin) ancaq ziyanını artırır.
83. İnsana bir ne’mət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq
gəzər. Ona bir pislik üz verdikdə isə mə’yus olar!
84. De: "Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda
olduğunu daha yaxşı bilir!"
85. (Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De:
"Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız
cüz’i (az) bir bilik verilmişdir!"
86. Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra Bizə
qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Qur’anı sənə
unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz).
87. Lakin (bunu etməməyimiz) Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən,
Onun sənə olan ne’məti böyükdür!
88. (Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər
bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər".
|