Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə238/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   234   235   236   237   238   239   240   241   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

248 



8. (Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib 

qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun cah-cəlalına e’tibar yoxdur. Yer 

üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud olan 

hər şey məhv olacaqdır).  

9. (Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) 

ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz 

qarşısında adi bir işdir).  

10. (Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz 

dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, 

düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)" - demişdilər.  

11. Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik.  

12. Sonra iki tayfadan (mö’minlərdən və kafirlərdən) hansının onların (mağarada) 

qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.  

13. (Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman 

gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) 

artırmışdıq.  

14. Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: "Rəbbimiz göylərin 

və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, 

(Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata 

varmış) olarıq!" - dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.  

15. Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz 

tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli 

deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) 

kim ola bilər?!  

16. (Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: ) "Onları və 

Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, 

Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə 

kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)".  

17. (Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların 

mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə 

yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın 

ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin