Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
256
84. Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin
yolunu ona öyrətdik).
85. O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə olduğuna görə səfərini
oradan başladı).
86. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli
bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da
gördü. Biz ona belə buyurduq: "Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da
verə bilərsən, (haqq yola də’vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!"
87. O (İsgəndər) belə cavab verdi: "Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin
hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!
88. İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan
bir şey əmr edəcəyik!" (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi - oruc,
namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar
etməyəcəyik).
89. Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.
90. Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki,
onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü
onlar üçün sipər idi).
91. (Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha
nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını
Allahdan başqa heç kəs dəqiq bilməz).
92. Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.
93. Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə’cud-Mə’cüc
tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala
söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.
94. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yə’cuc-Mə’cuc (tayfaları) bu
ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə
müəyyən məbləğ (yaxud xərac) versək olarmı?"
|