Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
258
105. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü
dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da
onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-
tərəzi qurmayacağıq!
106. Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə
budur onların cəzası - Cəhənnəm!
107. İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!
108. Onlar orada (o cənnətlərdə) əbədi qalıb oradan ayrılmaq (başqa yerə getmək)
istəməyəcəklər!
109. (Ya Rəsulum! Qur’anda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən
yəhudilərə) de: "Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir
o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar
tükənərdi!"
110. De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız
yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab
üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa),
yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"
Bizim email:
Dostları ilə paylaş: |