Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə244/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   240   241   242   243   244   245   246   247   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

254 



62. Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna 

dedi: "Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!"  

63. O isə: "Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən 

balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq 

dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!" - deyə cavab verdi.  

64. (Musa: ) "Elə istədiyimiz də (axtardığımız da) budur!" - dedi və onlar öz ləpirlərinin 

izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.  

65. (Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud 

ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bə’zi biliklər) 

öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.  

66. Musa ondan soruşdu: "Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək 

şərtilə sənə tabe olummu?"  

67. (Xızır) belə cavab verdi: "Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə 

bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin 

bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan 

olunmuş bir iş gördükdə ona e’tiraz edib əleyhimə çıxacaqsan).  

68. Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə 

bilərsən?  

69. (Musa) dedi: "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən 

çıxmayacağam!"  

70. (Xızır: ) "Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir 

şey haqqında soruşma!" - dedi.  

71. Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu 

deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: "Sən gəmidə olanları 

suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin 

(olduqca çirkin bir iş gördün)".  

72. (Xızır) belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim 

işlərə) əsla dözə bilməzsən?"  

73. (Musa) dedi: "Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe 

olmaqda) çətinliyə salma!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin