Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə242/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   238   239   240   241   242   243   244   245   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

252 



45. (Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür 

sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. 

Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu 

quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) 

qadirdır!  

46. (Bə’zi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-

bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın 

mərhəmətinə) ümid e’tibarilə daha xeyirlidir!  

47. O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri 

düzdüz görəcəksən, (mö’minləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini 

(kənarda) qoymayacağıq.  

48. Onlar Rəbbinin hüzuruna çərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: 

) "Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. 

Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz və’di (öləndən sonra diriləcəyinizi) 

yerinə yetirməyəcəyik!"  

49. (Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) 

günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə 

deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük 

günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" Onlar (dünyada) etdikləri 

bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə 

haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)  

50. (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə 

edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O 

öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu 

və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-

düyüşdür!  

51. Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid 

etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım!  

52. O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: "(Mənə ortaq olduqlarını) 

iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz 

tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər. 

Biz onların arasında (hamısının birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar 

edərik!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin