Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə245/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   241   242   243   244   245   246   247   248   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

255 



74. Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. 

(Musa) dedi: "(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak 

(mə’sum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)".  

75. (Xızır) yenə belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olanda 

(edəcəyim əməllərə) əsla dözə bilməzsən?  

76. (Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha 

mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə e’tiraz etdiyim, səni qınadığım üçün) sən artıq 

mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)".  

77. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan 

yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) 

istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu 

düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək 

pulu) alardın. . ."  

78. (Xızır) dedi: "Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul 

olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) 

sənə xəbər verəcəyəm!  

79. Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab 

etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini 

zorla ələ keçirən bir padşah var idi.  

80. Oğlana gəldikdə, onun ata-anası mö’min kimsələr idi. (Mən onun alnına baxıb 

gördüm ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) 

ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.  

81. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha 

mərhəmətli olan başqa bir övlad verməsini istədik.  

82. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir 

xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-büluğa 

çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını 

istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə 

yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mə’nası) budur!"  

83. (Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: "Onun barəsində sizə 

bir hekayət (bə’zi xəbərlər) söyləyəcəyəm!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin