Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə243/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   239   240   241   242   243   244   245   246   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

253 



53. Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin edəcək və oradan 

baş götürüb qaçmağa (kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.  

54. Biz bu Qur’anda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat 

içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul 

etməyib batilə uyar).  

55. İnsanlara (Məkkə müşriklərinə) doğru yol göstərən bir rəhbər (peyğəmbər, Allah 

kəlamı) gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən bağışlanmalarını diləməyə 

mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri 

düçar etdiyimiz müsibətlərin) onların da başına gəlməsini, yaxud da gözləri baxa-baxa 

əzabın gəlib onlara yetişməsini gözləməlidirlər.  

56. Biz peyğəmbərləri yalnız (mö’minlərə Cənnətlə) müjdə verənlər və (kafirləri 

cəhənnəm əzabı ilə) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik. Kafirlər isə batil 

(sözləri) ilə haqqı (Qur’anı) yalana çıxartmaq məqsədilə (Peyğəmbərlə boş-boşuna) 

mübahisə aparırlar. Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları 

əzabı məsxərəyə qoyurlar.  

57. Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə (öz əlləri 

ilə) etdiyi günahları unudan (əvvəlki günahlarından peşman olub tövbə etməyən) 

adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Qur’anı) anlamasınlar deyə, 

Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən 

onları doğru yola də’vət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul 

etməzlər).  

58. Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə 

cəzalandırmaq istəsəydi, onların əzabını sür’ətləndirərdi. Lakin onların (öz əzab) vaxtı 

vardır (O zaman) onlar (Allahın əzabından qaçıb canlarını qurtarmağa) əsla bir yer tapa 

bilməzlər!  

59. O məmləkətlərin əhalisini (Ad, Səmud tayfalarını) zülm etdikləri zaman məhv etdik. 

Biz onları məhv etmək üçün vaxt (və’də) müəyyən etmişdik.  

60. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan 

Yuşə ibn Nuna) belə demişdi: "Mən (Xızırla görüşmək üçün) iki dənizinqovuşduğu yerə 

çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) məyəcəyəm!"  

61. Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı 

unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin