Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
262
31. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri
öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.
32. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı)
zülmkar, asi (dikbaş) eləmədi!
33. Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq
qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!"
34. Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa
haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin)
barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur].
35. Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı
bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar.
36. (İsa sonra belə dedi: ) "Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət
edin. Bu, doğru yoldur!"
37. (Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər
deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü)
görəcək kafirlərin halına!
38. (Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim
hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı
görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan
aşkar azmışlar).
39. (Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-
hesab çəkilib mö’minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq
günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda
verməyəcəyi qiyamət günü) ilə qorxut!
40. (O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq.
(Bizdən başqa heç kəs və heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını almaq üçün)
Bizim hüzurumuza qaytarılacaqlar.
41. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İbrahimi də yad et (onun hekayətini də
ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) - bir peyğəmbər
idi.
|