Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
264
53. Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.
54. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İsmaili də yada sal! O öz və’dinə sadiq və (Bizim
tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
55. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını
qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi).
56. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru
danışan kimsə (siddiq) - bir peyğəmbər idi.
57. Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq.
58. Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin,
İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş
etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu
zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və
ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə’qub İbrahimin nəslindən,
Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir].
59. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar
(Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını
alacaqlar).
60. Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm
(haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar -
61. Rəhmanın (Allahın) Öz bəndələrinə və’d etdiyi və onların görmədiyi Ədn
cənnətlərinə. Onun və’di mütləq yerinə yetəcəkdir.
62. Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq:
"Salam!" eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır.
63. Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.
64. (Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın
olan bu əzəmətli mələk belə demişdi: ) "Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə
enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur.
(Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş
verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan
deyildir". (Cəbrail Qur’anı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da,
|