Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə262/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   258   259   260   261   262   263   264   265   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

272 



49. (Fir’on: ) "Elədə Rəbbiniz kimdir, ya Musa?" -deyə soruşdu.  

50. (Musa) belə cavab verdi: "Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru 

yolu göstərəndir!"  

51. (Fir’on) soruşdu: "Bəs əvvəlki nəsillərin halı necədir?"  

52. (Musa) belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir 

kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) 

unutmaz!"  

53. O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün 

yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən 

cütlər yetişdirmişik.  

54. (Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda 

(gördüyümüz bu işlərdə) ağıl sahibləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət 

edən) əlamətlər vardır!  

55. Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora 

qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.  

56. Biz, ayələrimizin (dəlillərimizin və mö’cüzələrimizin) hamısını ona (Fir’ona) 

göstərdik. Lakin (Fir’on) onları yalan sayıb (heç birini) qəbul etmədi.  

57. (Fir’on) dedi: "Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub 

çıxartmağa gəlmisən?  

58. Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt 

tə’yin et. Nə biz, nə də sən və’dimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə 

olsun!" (Görək kim-kimə qalib gələcək!)  

59. (Musa) dedi: "Sizə verilən və’də sizin bayram gününüz və camaatın (bir yerə) 

toplaşacağı günorta vaxtıdır!"  

60. (Bu söhbətdən sonra) Fir’on dönüb getdi, nəhayət, bütün hiylə (və sehr) vasitələrini 

(sehrbazlarını) yığıb (və’d olunmuş vaxtda həmin yerə) gəldi.  

61. Musa onlara (sehrbazlara) dedi: "(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira 

yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına 

çatmaz)".  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin