Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə261/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   257   258   259   260   261   262   263   264   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

271 



tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç 

vaxt üstündən əskik olmadı. Elə etdim ki, Fir’on özü, arvadı Asiyə və ətrafındakıların 

hamısı səni sevdi).  

40. O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) 

deyirdi: "Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?" (Onlar razılıq 

verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və 

kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir 

yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni 

(Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik 

(cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə 

Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx 

yaşına) gəlib çatdın, Ya Musa!  

41. Və Mən səni Özümə (peyğəmbər) seçdim! (Qırx yaşına çatan kimi sənə 

peyğəmbərlik bəxş edib mö’cüzələrlə Fir’onun yanına göndərdim).  

42. Sən və qardaşın mö’cüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. 

(Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər).  

43. Fir’onun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb 

həddini aşmışdır.  

44. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) 

qorxsun!"  

45. Onlar: "Ey Rəbbimiz! (Fir’onun mö’cüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə 

şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq 

etməsindən) qorxuruq!" - dedilər.  

46. (Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!  

47. Onun yanına gedib deyin: "Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail 

oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz 

sənin yanına Rəbbindən dəlillə (mö’cüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə 

salam olsun!  

48. Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və 

peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab 

gözləyir!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin