Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə258/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   254   255   256   257   258   259   260   261   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

268 



 

 

 



 

.

20

.  

Taha surəsi

  

(Məkkədə nazil olmuşdur, 135 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ta, Ha!  

2. Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, 

barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi).  

3. (Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq 

(göndərdik).  

4. O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur.  

5. Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).  

6. Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa 

(hamısı) Onundur.  

7. (Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). 

Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin 

sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna 

görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən 

ibadətin səmimiyyətidir).  

8. Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona 

məxsusdur!  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin