Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə255/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   251   252   253   254   255   256   257   258   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

265 



Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt 

enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli 

olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və 

ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin 

bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini 

qısma!)  

65. O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et 

və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını 

daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç 

zaman onlara Allah adını verməzlər).  

66. (Qiyaməti inkar edən) insan: "Mən öldükdən sonra (qəbirdən) dirimi 

çıxardılacağam?" - deyə soruşur.  

67. Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?  

68. (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla 

birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz 

üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.  

69. Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya 

gətirəcəyik).  

70. Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz 

daha yaxşı bilirik.  

71. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu 

vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü 

üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən 

yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum 

olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra 

Cənnətə qayıdacaqdır).  

72. Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə 

orada diz üstə çökmüş halda saxlayacağıq!  

73. Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: 

"Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi 

daha gözəldir?" - deyə soruşarlar.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin