Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
273
62. Onlar (bu Musa heç sehrbaza oxşamır; əgər qalib gəlsək, heç; yox əgər qalib gələ
bilməsək, ona iman gətirərik, deyə) öz aralarında öz işləri barədə mübahisə edir və
xəlvətcə pıçıldaşırdılar.
63. Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-
birinə) dedilər: "Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan
qovub çıxartmaq və sizin ən gözəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə’yan-
əşrafınızı öz tərəflərinə çəkmək) istəyirlər.
64. Ona görə də bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf
gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)"
65. Onlar dedilər: "Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz
birinci tullayaq!
66. O (Musa) dedi: "Xeyr, (əvvəlcə) siz tullayın!" (Sehrbazlar əllərindəkini yerə atan
kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri
hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür.
67. Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə mö’cüzə arasında fərq
qoya bilməyib iman gətirməsin).
68. Biz ona belə buyurduq: "Qorxma, üstün gələcək mütləq sənsən!
69. Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və
dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan)
başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!"
70. (Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini
və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: "Biz Harunun və Musanın
Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!" - deyib səcdəyə qapandılar.
71. O (Fir’on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o,
əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı
çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən
Fir’onun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu
biləcəksiniz!"
72. (Sehrbazlar) dedilər: "Biz heç vaxt səni bizə gələn bu açıq mö’cüzələrdən və bizi
yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada
hökm edə bilərsən!
|