arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
269
9. Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib
çatdı).
10. (Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə
birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir
uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O
zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: "Siz (yerinizdə) durun.
Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında
bir bələdçi tapdım!"
11. (Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: "Ya Musa!
12. Mən, həqiqətən, sənin Rəbbinəm. Nə’leynini çıxart, çünki sən müqəddəs vadidə -
Tuvadasan!
13. Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!
14. Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və
Məni anmaq üçün namaz qıl!
15. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər
kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala
Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm.
Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü
müxtəlif əlamətlərlə biruzə verir).
16. Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona
inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!
17. Ya Musa! Sağ əlindəki nədir?"
18. (Musa) dedi: "O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl
silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!"
19. (Allah) buyurdu: "Ya Musa! Onu (əsanı yerə) at!"
20. (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür’ətlə sürünməyə
başladı.
21. (Allah) buyurdu: "Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!
|