Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
277
104. Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: "(Dünyada)
cəmisi bir gün qaldınız!" - deyəcək.
105. (Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında
soruşarlar. De: "Rəbbim onları ovxalayıb havaya sovuracaq;
106. Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına
salacaq);
107. Və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələkötürlük) görməyəcəksən!"
108. O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının
(hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti)
qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!
109. O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç
kimin şəfaəti fayda verməz!
110. (Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini,
nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin
necə olacağını Öz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib
qavraya bilməz!
111. (O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan,
onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən
(Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
112. Mö’min olub yaxşı işlər görən kəs isə nə zülmə mə’ruz qalmaqdan, nə də
(mükafatının) əskilməsindən qorxar!
113. (Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil
etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-
təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-
nəsihətlərindən) ibrət alsınlar! (Qur’an onlara öyüd-nəsihət versin!)
114. Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri
sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal
vəhy olunmadan əvvəl Qur’anı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!"
- de.
|