Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə268/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   264   265   266   267   268   269   270   271   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

278 



115. Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o 

(tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.  

116. Bir zaman mələklərə: "Adəmə (tə’zim, hörmət məqsədilə) səcdə edin!" - deyə 

buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.  

117. Biz də belə dedik: "Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. 

(Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə 

düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa 

məcbur olarsan!)  

118. Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!  

119. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da 

bilməzsən!"  

120. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib 

(pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt 

ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab 

olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?"  

121. (Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər 

ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından 

yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə 

yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın 

meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, 

Həvva ilə birlikdə yer üzünə endirildi).  

122. Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul 

buyurdu və doğru yola müvəffəq etdi.  

123. (Allah Adəmə və Həvvaya) belə buyurdu: "Bir-birinizə (siz İblisə və nəslinə, İblis 

də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən 

sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs 

Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt 

olar!  


124. Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar 

(yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor 

olaraq gətirərik!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin