Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə269/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   265   266   267   268   269   270   271   272   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

279 



125. O belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən 

(dünyada hər şeyi) görürdüm!"  

126. (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (mö’cüzələrimiz, qüdrətimizə 

dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun 

(iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!"  

127. Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə 

iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, 

daha sürəklidir!  

128. Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib 

dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin 

giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!  

129. Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması haqda) öncə bir söz 

(hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün əzəldən) müəyyən edilmiş bir vaxt 

olmasaydı, şübhəsiz ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım 

gələrdi.  

130. (Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş 

doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şə’ninə tə’riflər de (sübh və 

əsr namazlarını qıl), gecənin bir və’dəsində (axşam və gecə saatlarında) və günorta 

radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun 

müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün 

şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!  

131. (Kafirlərin) bə’zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq 

verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi 

(bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!  

132. Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) 

səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) 

sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!  

133. (Kafirlər) dedilər: "Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər 

olmasına dəlalət edən) bir mö’cüzə gətirmir?" Məgər (Qur’anda) onlara əvvəlki (ilahi) 

kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə 

dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin