Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
287
61. (Qalanları: ) "Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü
qabağına gətirin!" - dedilər.
62. (Müşriklər İbrahimi tapıb gətirərək:) "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə
saldın?" - deyə soruşdular.
63. (İbrahim sındırmadığı iri bütü göstərib:) "Bəlkə, onların bu böyüyü bunu etmişdir.
Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi.
64. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: "Siz,
doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan
bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)", - dedilər.
65. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan
əski e’tiqada) qayıdaraq (İbrahimə): "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər.
66. (İbrahim) dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən
bütlərəmi ibadət edirsiniz?
67. Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin
qəbahətini) anlamırsınız?"
68. (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza
yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi)
yandırın və tanrılarınıza kömək edin!"
69. Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər
yetirməsin!)" - deyə buyurduq.
70. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə
düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə)
daha çox ziyana uğratdıq.
71. Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən
qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər
verdiyimiz) yerə (Şama) qovuşdurduq.
72. Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə’qubu da bəxş edib onların hamısını saleh
kimsələr etdik.
|