Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
285
(Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm.
Hələ Məni tələsdirməyin!
38. Onlar (kafirlər): "Əgər siz doğru danışırsınızsa, bu və’din (əzabın, yaxud qiyamətin)
nə vaxt olacağını bildirin!" - deyirlər.
39. Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç
bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual
verməz, həm də Allahın əzabının tezliklə gəlməsini istəməzdilər).
40. Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut edər).
(Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə, üzrxahlıq üçün) möhlət də
verilməz!
41. (Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri
məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi.
42. De: "Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib dolandığınız zaman) Rəhmandan
(Rəhmanın əzabından) kim qurtara bilər?" Amma onlar Rəbbinin öyüd-nəsihətindən
(Qur’andan) üz döndərdilər.
43. Yoxsa onların Bizdən başqa (əzabı) onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar
(o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də (əzabımızdan da)
qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə bilməzlər).
44. Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər
(dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular).
Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə
yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar
onlarmıdır?!
45. (Ya Rəsulum!) De: "Mən sizi ancaq vəhy ilə qorxuduram". Karlar qorxudulduğu
zaman çağırışı eşitməzlər!
46. Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: "Vay
halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə
özümüz özümüzə zülm etmişik)" - deyəcəklər.
47. Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir
xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-
hesab çəkməyə Biz kifayətik.
|