arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
282
6. Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö’cüzələrlə gəlmiş
peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
7. (Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi
peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab)
əhlindən soruşun!
8. Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq. Onlar
(dünyada) əbədi də deyillər.
9. Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə
(onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi
aşanları isə məhv etdik.
10. Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir.
(O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar,
ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim mö’minlərin yadına
salar). Məgər dərk etmirsinizmi?
11. Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və
onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.
12. Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz
yurdlarından) qaçmağa üz qoydular.
13. (Mələklər istehza ilə onlara belə dedilər: ) "Qaçmayın, kef çəkdiyiniz yerə,
məskənlərinizə qayıdın". Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə
oldu, deyə) sorğu-sual ediləcəksiniz!
14. Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): "Vay halımıza! Biz, həqiqətən, zalım
olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)", - dedilər.
15. Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular
(nalə çəkirdilər).
16. Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs
yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar
yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).
17. Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq
Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik.
|